«Paşa Bank»ın investisiya portfeli 16% artıb

«Paşa Bank»ın investisiya portfeli 16% artıb
# 13 sentyabr 2012 13:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin investisiya portfelinin həcmi 2012-ci ilin iyul ayının 1-nə (audit olunmuş hesabat) 248,713 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16% və ya 34,463 mln. manat çoxdur.

Bankın İdarə Heyətinin üzvü Şahin Məmmədov “APA-Economics”ə bildirib ki, investisiya portfelinin bölgüsündə 225,888 mln. manat və ya 91% satış üçün mövcud olan investisiya qiymətli kağızların, 22,825 mln. manat və ya 9,0% isə ticarət qiymətli kağızların payına düşüb.

Onun sözlərinə görə, bu ilin birinci yarısında bankın investisiya portfelinin büdcə üzrə proqnozu 219,250 mln. manat olub. İnvestisiya portfelinin həcmi büdcə proqnozunu 29,463 mln. manat üstələyib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR