«Bank of Baku»nun «Dostlar klubu»nun üzvlərinin sayı 10 minə çatıb - FOTO

«Bank of Baku»nun «Dostlar klubu»nun üzvlərinin sayı 10 minə çatıb - <font color=red>FOTO</font>
# 20 iyul 2012 10:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Bank of Baku»nun bir neçə ay öncə təsis etdiyi «Dostlar klubu»na qoşulanların sayı 10 minə çatıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Dostlar klubu»nun 10 mininci üzvü Bakı şəhər sakini Səadət Məmmədova olub. Klubun “Qızıl kart” sahibi olan S.Məmmədova bu günədək 6 dəfə «Bank of Baku»da kredit rəsmiləşdirib. Təhsil sahəsində çalışan S.Məmmədova bankın digər bir populyar plastik kartı olan «Bolkart»ın da sahibidir.
«Dostlar klubu»nun 10 mininci üzvü olması münasibətilə bank S.Məmmədovaya öz hədiyyəsini də təqdim edib. Belə ki, müştərinin Qızıl kartına yüklənmiş 1 000 manat məbləğində bonus ona bundan sonra bankda yeni kreditlər rəsmiləşdirərkən göstərilən məbləğdə komissiya haqqından azad olmağa imkan verir. Müştəriyə habelə korporativ hədiyyə də təqdim edilib.

Xatırladaq ki, «Bank of Baku»nun «Dostlar klubu» çərçivəsində uzunmüddətli müştərilərə müxtəlif kateqoriyalı imtiyazlı kartlar verilir. Bu kartlar «Bank of Baku» ilə istehlak kreditləri sahəsində əməkdaşlıq müddəti 12 ay və daha artıq dövrü əhatə edən, habelə müsbət kredit tarixçəsinə malik müştərilərə şamil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR