«Unibank» imtiyazlı şərtlərlə biznes kreditləşməsinə başlayıb

«Unibank» imtiyazlı şərtlərlə biznes kreditləşməsinə başlayıb
# 30 mart 2012 14:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC bankın 20 illik yubileyi münasibəti ilə işgüzar dairələr üçün imtiyazlı şərtlərlə biznes-kreditlərinin verilməsinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics» verilən məlumata görə, iyulun 27-dək davam edəcək bu aksiya çərçivəsində bütün korporativ müştərilər və sahibkarlar bankdan bizneslərinin inkişafı üçün ilk 3 ay müddətinə faizsiz kreditlər cəlb edə bilərlər. Aksiyanın şərtlərində 3 aydan başlayaraq kredit ödənişlərinin təxirə salınması da nəzərdə tutulub.

Aksiyanın şərtləri biznes-kreditlərinin bir çox növlərinə, o cümlədən dövriyyə vəsaitlərinin artırılması, əsas vəsaitlərin əldə olunması, malların alınması, xidmətlərin ödənilməsi, vacib sövdələşmələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cəlb olunan vəsaitlərə şamil olunur.

Qeyd edək ki, bu kreditlər üzrə hər hansı digər məsrəfləri nəzərdə tutan əlavə komissiya haqları və ya proseduralar nəzərdə tutulmayıb. Bu zaman «Unibank» tərəfindən tətbiq olunan illik faiz dərəcəsi 17%-dən başlayır, kreditləşmə müddəti 1 ildən 4 ilə qədərdir, kreditlərin məbləği isə 20-500 min manat ola bilər.

Xatırladaq ki, səhmdarı 11 fiziki şəxs (76,52%), Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%) və «DEG» Almaniya İnvestisiya Şirkəti (8,33%) olan «Unibank» 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 24 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR