Bakıda MDB Gənclərlə iş Üzrə Şuranın növbəti iclası keçirilir - FOTOSESSİYA

Bakıda MDB Gənclərlə iş Üzrə Şuranın növbəti iclası keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 19 oktyabr 2012 08:57 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. Bakıda MDB Gənclərlə iş Üzrə Şuranın növbəti iclası keçirilir. APA-nın məlumatına görə, iclasa Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Belarusdan nümayəndələr qatılıblar. Tədbirdə gənclər siyasətinin reallaşması məsələsi müzakirə olunur.

İclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın son illər çoxlu sayda beynəlxalq və dünya forumlarına, idman yarışlarına ev sahibliyi etdiyini deyib: “Bu cür tədbirlər arasında humanitar əməkdaşlıq və mədəniyyətlərarası dialoq mövzularında tədbirlər üstünlük təşkil edir. Müasir dünyada humanitar əməkdaşlıq mühüm stabilləşmə rolu oynayır. Gənclər arasında əməkdaşlıq humanitar əməkdaşlığın mühüm hissəsidir. Gənclər digər yaş qruplarına nisbətən keyfiyyətli təhsil və işlə təmin olunmaqda daha maraqlı olurlar. Hazırkı gənclik kifayət qədər praqmatikdir. Bu gün biz öz gənclərimizə görə məsuliyyət daşıyırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR