Düşənbədə Fikrət Əmirov və Niyazinin yubiley tədbirləri keçirilib

Düşənbədə Fikrət Əmirov və Niyazinin yubiley tədbirləri keçirilib
# 19 iyun 2012 14:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Tacikistanın paytaxtı Düşənbədə Azərbaycanın görkəmli musiqiçiləri maestro Niyazi və Fikrət Əmirovun yubiley tədbirləri keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov APA-ya deyib ki, Tacikistan Opera və Balet Teatrında baş tutan konsert bu ölkənin Simfonik Orkestrinin müşayiəti ilə baş tutub.

Tədbirlərdə xalq artisti Mənsum İbrahimov, dirijor Yalçın Adıgözəlzadə, musiqiçilər Elçin Həşimov və Elnur Əhmədov çıxış ediblər. Tacikistan Simfonik Orkestrinə Qırğızıstandan beş musiqiçi də dəvət olunub. Yubiley konsertində Fikrət Əmirovun “Şur”, maestro Niyazinin “Rast” muğamları, eyni zamanda Hacı Xanməmmədovun, Vasif Adıgözəlovun əsərləri ifa edilib. Tədbir Tacikistan Dövlət Televiziyası tərəfindən geniş şəkildə işıqlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR