Nüsrət Kəsəmənlinin oğlunun apellyasiya şikayəti təmin olunmayıb

Nüsrət Kəsəmənlinin oğlunun apellyasiya şikayəti təmin olunmayıb
# 16 oktyabr 2012 13:45 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın tanınmış şairi Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin cəzadan vaxtından əvvəl azad olunmasına dair verdiyi apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, A. Kəsəmənli 1998-ci ildə qeyr-rəsmi nikahda yaşadığı qadını qətlə yetirməkdə təqsirləndirilərək azadlıqdan məhrum edilib. Bir müddət əvvəl o, cəzadan vaxtından əvvəl azadlığa buraxılması üçün Nizami rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə müraciətə müsbət cavab vermədiyi üçün apellyasiya şikayəti verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR