Azərbaycanın Litvadakı səfiri bu ölkənin kənd təsərrüfatı naziri ilə görüşüb – FOTO

Azərbaycanın Litvadakı səfiri bu ölkənin kənd təsərrüfatı naziri ilə görüşüb – <font color=red>FOTO</font>
# 17 aprel 2012 14:49 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva kənd təsərrüfatı naziri Kazis Starkyaviçyus ilə görüşüb. Səfirlikdən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, xüsusən də kənd təsərrüfatı sahəsində mövcud əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə olunub. Litva ilə bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirməyə önəm verdiklərini vurğulayan H. Məmmədzadə aqrar sektorda fəaliyyət göstərən qurumlar arasında birbaşa əlaqələrin yaradılması, qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb. Səfir ölkələr arasında kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi üçün müvafiq işlərin aparıldığını bildirib. O deyib ki, K. Starkyaviçyusun Azərbaycana səfəri iki ölkə arasında mövcud əlaqələrin daha da inkişafına xidmət edəcək.

Nazir 18-20 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransında məmnuniyyətlə iştirak edəcəyini və azərbaycanlı həmkarı ilə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün fürsət əldə edəcəyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR