«Moody’s» agentliyi Azərbaycanın reytinqini artırıb

«Moody’s» agentliyi Azərbaycanın reytinqini artırıb
# 20 aprel 2012 07:32 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu barədə agentliyin rəsmi məlumatında deyilir.

Məlumata əsasən, reytinqin yüksəlməsinə təsir edən əsas amil Azərbaycanın 40 mlrd. dollar həcmində və ya ÜDM-in 75%-ə bərabər olan xarici ehtiyatlar toplaması faktı olub ki, bura həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın ehtiyatları daxildir.

Agentlik əmindir ki, bu ehtiyatlar ölkəyə mümkün olan daxili və ya xarici şokların aradan qaldırılmasına imkan verəcək. Bundan əlavə məlumatda Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı da reytinqin yüksəlməsinə səbəb olan amillərdən biri kimi göstərilib. Reytinq üzrə verilən sabit proqnoz ölkənin güclü maliyyə mövqelərinin olduğunu əks etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR