Gəncədə əlil qadınlar üçün treninqlər keçirilib

Gəncədə əlil qadınlar üçün treninqlər keçirilib
# 18 oktyabr 2012 07:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və Gəncə Şəhər Məşğulluq İdarəsinin birgə təşkilatçılığı ilə Gəncədə əlil qadınlar üçün «Öz biznes ideyanı yarat və öz biznesinə başla» və «İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzuları üzrə treninqlər keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, Gəncə Şəhər Məşğulluq İdarəsinin, Azərbaycan Əlil Qadınlar Cəmiyyəti Gəncə şəhər şöbəsinin əməkdaşları və 20-dən çox əlil qadın iştirak edib.

Treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR