Azərbaycanın media nümayəndələri Cənubi Amerikaya gedirlər - FOTO

Azərbaycanın media nümayəndələri Cənubi Amerikaya gedirlər - <font color=red>FOTO</font>
# 20 iyun 2012 11:44 (UTC +04:00)
BakI-APA. İyunun 23-26-da Trinidad Tobaqoda keçiriləcək Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) 2012-ci il Ümumdünya Konqresi və Baş Məclisi keçiriləcək. Bu barədə APA-ya BMİ-nin Azərbaycan Milli Komitəsinin informasiya departamentindən bildirilib. Tədbirə Azərbaycan media mənsubları da qatılacaq. BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu deyib ki, budəfəki tədbirdə onunla birlikdə BMİ-nin Azərbaycan Milli Komitəsinə yeni üzv olmuş tanınmış jurnalist, “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev, BMİ-nin Azərbaycan Milli Komitəsinin katibliyinin rəhbəri Nik Nvolisa iştirak edəcək.
Konqresdə U.Rəhimoğlu ötən il BMİ-nin tarixində ilk dəfə Milli Komitələrin Azərbaycanda keçirilən Bakı Toplantısında yaradılmış Regional Təşəbbüs Mərkəzinin fəaliyyətini əks etdirən “BMİ-nin Milli Komitələrinin güclü olması elə BMİ-nin güclü olması deməkdir” adlı çıxış edəcək. Bununla yanaşı o, bu il 17-19 sentyabrda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə Bakıda keçiriləcək “Neft, Qaz və Media” konfransı ilə bağlı təqdimat edəcək.
BMİ-nin bu il ki, dünya konqresini Trinidad Tobaqonun prezidenti Corc Maksvell Richard açacaq. BMI-nin icraçı direktoru Alison Betel Makkenzenin “Dünyada mətbuat azadlığının vəziyyəti” adlı hesabatla məruzə edəcək. Söz və fikir azadlığı üzrə BMT-nin xüsusi müxbiri Frank La Rue, ATƏT-in söz və mətbuat azadlığı xüsusi nümayəndəsi Dünya Miyatoviç tədbirdə çıxış edəcəklər.

Toplantıda “Bütün dünyada söz azadlığı meyllərinin müzakirəsi”, “Latın Amerikası, Karib adası ölkələri və digər yerlərdə hökumət yönümlü medianın roluna baxış”, “Qalxan axınlar (istiqamətlər): Təbii fəlakətlərin mətbuat azadlığına təsiri”, “Yerin tarix həddi - ətraf mühitin əhatə olunması”, “Yeni Biznes Modeli: Nə harada işləyir”, “Müstəmləkə irsi-Karib adası ölkələrində kriminal defamasiya”, “Meksika, Kuba, Venesuela: Üçlər və onların regiondakı mətbuat azadlığına təsiri” adlı müxtəlif dəyirmi masalar, sessiyalar, toplantılar keçiriləcək.
E.Fətullayev və türkiyəli jurnalist Nedim Şener “Həbsxana divarları arxasında: Eynulla Fətullayev və Nedim Şenerlə söhbət” adlı müzakirədə çıxış edəcəklər. ABŞ-ın CNN kanalının aparıcı müxbiri Cim Klensinin, “Mediadan istifadə: Hökumət ya mükafat, ya da media buraxılışlarının cəzalandırılması elanını verir” mövzusunda çıxışı planlaşdırılıb.

BMİ-nin bu ilki tədbirində hər il olduğu kimi, dünyanın ən nəhəng televiziya, radio, agentlik və media qurumlarının rəhbərləri, təmsilçiləri iştirak edəcəklər. Dünya Konqresinin bağlanış mərasimində Trinidad Tobaqonun baş naziri Kamla Persad-Bissessar çıxış edəcək

Dünya Konqresində “Söz azadlığına qarşı cinayətlər əleyhinə birgə deklarasiya” adlı sənəd də qəbul ediləcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR