İsmayıllıda mikroavtobus 73 yaşlı piyadanı vuraraq öldürüb

İsmayıllıda mikroavtobus 73 yaşlı piyadanı vuraraq öldürüb
# 20 fevral 2012 12:37 (UTC +04:00)
İsmayıllı. Zahid Abışov – APA. Azərbaycanın İsmayılı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə

bu gün 12.55 radələrində Heydər Əliyev prospekti ilə Qələbə prospektinin kəsişməsində qeydə alınıb. Abdullayev Mehman Ağasalman oğluna məxsus 90 JB 048 dövlət nömrə nişanlı, “Honda” markalı sərnişin mikroavtobusu yolu keçmək istəyən 73 yaşlı Babayev Gülalı Mansur oğlunu vurub. Sürücü yaralını İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına çatdırmaq istəsə də, G. Babayev yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR