ABŞ-ın bir sıra ştatlarında səs vermək üçün seçicilər saatlarla növbədə gözləməli olublar

ABŞ-ın bir sıra ştatlarında səs vermək üçün seçicilər saatlarla növbədə gözləməli olublar
# 06 noyabr 2012 22:40 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, uzun növbələrin yaranmasına səbəb bu məntəqələrdə işçi çatışmazlığı və səs vermək üçün elektron avadanlıqda olan texniki problemlərdir.

Seçicilər Virciniya ştatında səs vermək üçün 2 saat, Floridada isə 3-4 saat növbədə durmalı olublar. Bəzi seçicilər səs vermədən məntəqəni tərk edirlər.
Nyu-York seçki məntəqələrində gözənilmədən böyük növbələr yaranıb. “Sendi” qasırğasının şəhərə əhəmiyyətli dərəcədə zərər vurmasına, Nyu-Yorkun bəzi rayonlarının hələdə elektriksiz qalmasına baxmayaraq əhali seçkilərdə fəal iştirak edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR