Azərbaycanda RSI indeksi azalıb

Azərbaycanda RSI indeksi azalıb
# 17 may 2012 11:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2012-ci ilin aprel ayı üzrə 88,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici mart ayının indeksindən 9,9 faiz bəndi azdır.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Cari ilin aprel ayında ümumi pərakəndə dövriyyəsi 1 217,4 mln. manat, martda isə 1 373,0 mln. manat təşkil edib.

Apreldə mart ayı ilə müqayisədə pərakəndə ticarətin azalması ilk növbədə bayramlarla əlaqədar olaraq martda ticarət dövriyyəsinin yüksək olması ilə izah olunur. Qeyd edək ki, ümumiyyətlə yanvar-aprel ayları ərzində pərakəndə ticarətin həcmi illik müqayisədə 9,1% artıb. Yanvar-mart aylarında bu artım 9,3% təşkil edib və beləliklə, apreldəki azalmanın ümumi dinamikaya təsiri çox kiçik olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR