Azərbaycanın XÖHKS ilə aparılan əməliyyatların həcmi iyulda artıb

Azərbaycanın XÖHKS ilə aparılan əməliyyatların həcmi iyulda artıb
# 11 sentyabr 2012 09:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərinin həcmi 2012-ci ilin iyul ayında 1 044 mln. manata bərabər olub.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, iyun ayı ilə müqayisədə bu göstərici 85 mln. manat və ya 8,9%, ötən ilin iyulla müqayisədə 183 mln. manat və ya 21,3% artıb.

XÖHKS ilə aparılan ödənişlərin sayında da aylıq artım baş verib. Belə ki, bu göstərici əvvəlki ayla müqayisədə 51,5% artaraq iyulda 2 780 minə çatıb. Ötən ilin iyuluna nisbətən isə ödənişlərin sayı 59,8% artıb.

Ümumilikdə ödənişlərin ortalama həcmində aylıq və illik azalma baş verib. Belə ki, iyul ayında XÖHKS üzrə bir ödənişin ortalama həcmi 375,5 manat təşkil edib ki, bu da iyun göstəricisindən 28,2%, ötən ilin iyul göstəricisindən isə 24,1% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR