Sergey Ryabkov: “Bağdad müzakirələrində İrana uranın zənginləşdirilməsini 20 faizdə dayandırmağı təklif edəcəyik”

Sergey Ryabkov: “Bağdad müzakirələrində İrana uranın zənginləşdirilməsini 20 faizdə dayandırmağı təklif edəcəyik”
# 21 may 2012 15:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ İranla “altılıq” ölkələri arasında müzakirələrin davam etdirilməsi zəruridir”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, yalnız danışıqlar yolu ilə arzu edilən müsbət nəticəni əldə etmək olar: “Rusiya Qərb ölkələrinin əksinə olaraq İranın nüvə proqramı ilə bağlı Tehrana qarşı sanksiyaları və hərbi müdaxiləni qətiyyən dəstəkləmir. Biz sanksiyaların heç bir fayda vermədiyinə inanırıq. Tehranla müzakirələr “addım-addım” planı ilə həyata keçirilməlidir”.
S. Ryabkov əlavə edib ki, Rusiya Bağdad müzakirələrində İrana uranın zənginləşdirilməsini 20%-də dayandırmağı təklif edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR