Dunya Miyatoviç: “Jurnalistlər etik kodekslərə riayət etməlidir”

Dunya Miyatoviç: “Jurnalistlər etik kodekslərə riayət etməlidir”
# 07 noyabr 2012 12:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Jurnalistlər etik kodekslərə riayət etməlidir. Jurnalistlərin bir qrupunun iqtidar, bir qrupunun müxalifətin tərəfində olması onların peşəkarlığına imkan verməyəcək”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç söyləyib.

Onun sözlərinə görə, jurnalistlərin peşəkarlığı ilə bağlı Mətbuat Şurası tərəfindən iki treninq keçiriləcək. O özü də bu treninqlərdə iştirak etməyi planlaşdırır.

Hilal Məmmədovun jurnalist fəaliyyətinə görə həbs olunmaması barədə fikirlərə gəlincə, Dunya Miyatoviç bildirib ki, həbsdə olan şəxsin kimliyi onun üçün əhəmiyyət daşımır: “Əgər o fikir yaymaq üstündə həbsxanaya düşübsə, onu müdafiə edəcəyəm”.

D. Miyatoviç qeyd edib ki, Azərbaycan irəli getmək istəyirsə, sərbəst fikir azadlığına qarşı zorakılıq olmamalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR