İraqın baş naziri Ermənistana səfər edəcək

İraqın baş naziri Ermənistana səfər edəcək
# 08 noyabr 2012 08:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İraqın baş naziri Nuri əl-Maliki Ermənistan baş nazirinin müavini Armen Gevorqyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə İraq Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. İraqın baş naziri Ermənistanla ölkəsi arasında əməkdaşlıq sazişinin ən yaxın müddətdə imzalanması ilə bağlı çağırış edib. O, iki ölkə arasında razılaşdırılmış əməkdaşlıq sazişinin ən yaxın müddətdə imzalanmasının zəruriliyini vurğulayıb. Baş nazir erməni həmkarı Tiqran Sərkisyanın dəvəti ilə Ermənistana səfər edəcəyini də bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR