İsmayıllıda məcburi köçkün ailəsinə hücum edən şəxslər 5 nəfərə xəsarət yetirib

İsmayıllıda məcburi köçkün ailəsinə hücum edən şəxslər 5 nəfərə xəsarət yetirib
# 16 iyun 2012 14:49 (UTC +04:00)
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 15-də saat 23.00 radələrində rayonun Quşencə kəndindəki köhnə çaxır zavodunun yardımçı tikilisində məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkün ailəsinə naməlum şəxslər hücum ediblər. Qrup halında birləşən 15-ə yaxın şəxs avtomobillərlə zavodun ərazisinə daxil olaraq ailə üzvlərini təhqir ediblər. Tərəflər arasında baş verən qarşıdurma zamanı məcburi köçkünlər - 54 yaşlı Allahverdi Mehralıyev, onun həyat yoldaşı, 50 yaşlı Gülnaz Mehralıyeva, övladları - 29 yaşlı Mikayıl, 28 yaşlı Mədət və 26 yaşlı Mərdan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Baş və bədənin müxtəlif nahiyələrindən küt alətlə ağır xəsarətlər alan Allahverdi və Mikayıl Mehralıyevlər cərrahiyyə əməliyyatı olunub. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

Xəsarət alanlar APA-ya bildiriblər ki, onların yaşadığı evə İsmayıllı Olimpiya İdman Kompleksində məşq edən idmançılar hücum edib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR