Böyük Britaniya və Almaniya hökumətləri Suriya səfirini ölkədən qovmaq barədə qərar qəbul ediblər

Böyük Britaniya və Almaniya hökumətləri Suriya səfirini ölkədən qovmaq barədə qərar qəbul ediblər
# 29 may 2012 14:11 (UTC +04:00)
Bakı – APA. Fransa və Avstraliyadan sonra Böyük Britaniya və Almaniya hökumətləri də Suriya səfirini ölkədən qovmaq barədə qərar qəbul ediblər. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, qərar “Suriyanın dostları” qrupunun bu gün Parisdə keçirilmiş məsləhətləşmələrindən sonra qəbul olunub. Fövqəladə toplantı Suriyanın Hula kəndində hökumət qüvvələri tərəfindən 100-dən çox dinc sakinin öldürülməsi ilə əlaqədar keçirilib. Yaxın günlərdə İspaniya, İtaliya və bir sıra digər Avropa ölkələri də bu cür qərar qəbul edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR