Sabah Bakıda Azərbaycan-Dağıstan işgüzar görüşü keçiriləcək

Sabah Bakıda Azərbaycan-Dağıstan işgüzar görüşü keçiriləcək
# 25 aprel 2012 11:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Aprelin 26-da Rusiyanın Dağıstan Respublikasının baş nazirinin müavini Rizvan Qazımaqomedovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Dağıstan işgüzar görüşü keçiriləcək.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində həmçinin, Dağıstanın investisiya mühiti və biznes imkanlarına dair təqdimat keçiriləcək.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, avtomobil, ərzaq, tütün, qənnadı məmulatları, içkilər və digər məhsulların topdan satışı ilə məşğul olan Dağıstan sahibkarları iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR