Azərbaycan bank sektorunda məcmu mənfəət azalıb

Azərbaycan bank sektorunda məcmu mənfəət azalıb
# 04 may 2012 11:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2012-ci ilin yanvar-fevral ayları ərzində 33,97 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-fevral aylarının analoji göstəricisi ilə müqayisədə 87,4% artım müşahidə olunub. Eyni zamanda qeyd olunmalıdır ki, cari ilin yanvarında mənfəətin həcmi 23,8 mln. manat olduğu halda, fevralda bu göstərici cəmi 10,17 mln. manat təşkil edib.

Yanvar-fevral aylarında bankların faiz gəlirləri 209,70 mln. manat, faiz xərcləri 107,58 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 102,12 mln. manata bərabər olub. Eyni zamanda, hesabat dövründə bankların qeyri-faiz gəlirləri 49,35 mln. manat, qeyri-faiz xərcləri isə 83,36 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 34,00 mln. manatlıq zərər yaranıb.

Qeyd edək ki, 2011-ci ilin yanvar-fevral ayları ilə müqayisədə faiz mənfəəti 24,9% artıb, qeyri-faiz zərəri 13,0% azalıb. O cümlədən, faiz gəlirləri 17,6%, faiz xərcləri 11,5%, qeyri-faiz əməliyyatları üzrə gəlirlər 34,8%, xərclər isə 10,2% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR