Abşeronda torpaq uçqunu olub, bir nəfər ölüb

Abşeronda torpaq uçqunu olub, bir nəfər ölüb
# 08 sentyabr 2012 09:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Abşeron rayonunda uçqun olub. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.

Hadisə Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb. Lənkəran şəhər sakini Ehtiram Əkbərov qəsəbə ərazisində kanal qazıntısı aparan zaman torpaq qatının üstünə uçması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR