AFFA rəhbərliyi Rövnəq Abdullayevin başçılığı altında UEFA-nın İstanbulda keçirilən Konqresində iştirak edir

AFFA rəhbərliyi Rövnəq Abdullayevin başçılığı altında UEFA-nın İstanbulda keçirilən Konqresində iştirak edir
# 22 mart 2012 11:05 (UTC +04:00)
Bakı – APA. Bu gün Türkiyənin İstanbul şəhərində UEFA-nın 36-cı Konqresi başlayıb. Apasport.az saytının məlumatına görə, AFFA rəhbərliyi tədbirdə iştirak edir. Belə ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov və baş katibi Elxan Məmmədov bu məqsədlə qardaş ölkəyə yollanıb.

Qeyd edək ki, UEFA-nın İcraiyyə Komitəsinin martın 20-də İstanbulda keçirilən iclasında 17 yaşadək futbolçulardan ibarət yığma komandaların 2016-cı il Avropa çempionatının final mərhələsinin oyunlarının Azərbaycanda keçirilməyi ilə bağlı qərar çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR