Bakı Ali Neft Məktəbi ilə Heriot-Vatt Universiteti arasında ingilis dilinin tədris proqramına dair müqavilə imzalanıb

Bakı Ali Neft Məktəbi ilə Heriot-Vatt Universiteti arasında ingilis dilinin tədris proqramına dair müqavilə imzalanıb
# 03 avqust 2012 08:18 (UTC +04:00)
ARDNŞ-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Bakı Ali Neft Məktəbində ingilis dilinin tədris proqramına dair razılıq əldə edilməsi, eləcə də məktəbin inzibati və professor-müəllim heyətinin gələcək fəaliyyətinə dair əsas məsələlərin müzakirəsi olub. İki günlük səfər çərçivəsində keçirilmiş görüşlərdə Heriot-Vatt Universiteti ilə Bakı Ali Neft Məktəbinin işçi heyətinin birgə fəaliyyətinə dair məsələlər, mühəndis hazırlığı proqramlarının baza tələbləri, metodiki və texniki təminatı, virtual təhsil mühiti, biliklərin qiymətləndirilməsi, keyfiyyətin təminatı, proqramın strukturu, müəllimlərin treninqi və s. kimi akademik və inzibati məsələlərin həlli ilə əlaqədar əməkdaşlıq tədbirləri konkretləşdirilib. Müzakirələr nəticəsində Bakı Ali Neft Məktəbinə qəbul olmuş tələbələrə ilk tədris ilində Heriot-Vatt Universitetinin proqramı əsasında ingilis dilinin tədrisinin təşkili ilə bağlı kompleks məsələlərin həlli mexanizmini əks etdirən müqavilə imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR