Luqanskda postun qarşısında baş vermiş atışmada 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Luqanskda postun qarşısında baş vermiş atışmada 1 nəfər ölüb, 2 nəfər yaralanıb
# 08 may 2014 18:45 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Luqansk vilayətində blokpostların birinin yaxınlığında baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. APA-nın “RBK”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN-in regional idarəsinin açıqlamasında bildirilir.

“Bu gün Tepliçnoye-Aleksandrovka-Metalist yollarının kəsişməsindəki postun yaxınlığında atışma baş verib. Post istiqamətində hərəkət edən “VAZ-2105” , “Dаewoo Nexia” və “Niva” markalı avtomobillərdə olan şəxslər arasında atışma olub”, deyə açıqlamada bildirilir. İlkin məlumata görə, “VAZ-2105” markalı avtomobil hərbi komissarlığa məxsus olub və separatçılar tərəfindən qaçırılıb.

DİN-in məlumatında bildirilir ki, postda olan silahlı şəxslər onlara tərəf hərəkət edən avtomobillərə atəş açıb. İlkin məlumata görə, atışma nəticəsində “Niva”da olan şəxslərdən biri öldürülüb.

Bundan əvvəl Ukrayna DİN-i bildirmişdi ki, Slavyanskda 2 avtomobil sıradan çıxarılıb. Məlumata görə, qeyd olunan avtomobillərdə olan silahlılar Ukrayna hərbçilərinin postunu atəşə tutublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR