Zəlimxan Yaqub haqda yeni kitab çapdan çıxıb

Zəlimxan Yaqub haqda yeni kitab çapdan çıxıb
# 29 aprel 2014 16:45 (UTC +04:00)

Bakı - APA. Bu günlərdə “Vətən” nəşriyyatında yüksək poliqrafik tərtibatla “Zəlimxan Yaqub ədəbi düşüncədə” adlı kitabın 3-cü cildi işıq üzü görüb.

APA-nın xəbərinə görə, kitabda respublikamızın tanınmış ictimai xadimləri, şair və yazıçılar, elm adamları və ədəbiyyatşünaslarının - xalq yazıçıları İsa Muğannanın “Məharət dastanı” və “Tarixi həqiqət və müasir gerçəklik”, Anarın “İztirablı yollarla”, Sabir Rüstəmxanlının “Böyük ürək sahibi, əsl xalq adamı”, akademiklər Budaq Budaqovun “Zəlimxan Yaqubun “Sürgünlə söhbət” poeması haqqında bir neçə söz”, Nizami Cəfərovun “Xalq şairi Zəlimxan Yaquba açıq məktub” və “Zəlimxan Yaqub (portret oçerk)”, Səlahəddin Xəlilovun “Sazla havalıyam, sözlə diriyəm!”, Zəlimxan Yaqubun “Mövlana” poeması haqqında düşüncələr” və “Şairin özü və sözü” adlı məqalələri, eləcə də professorlar T.Əhmədov, Q.Paşayev, N.Şəmsizadə, İ.Əliyeva, R.Kamal və digərlərinin xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş yazıları toplanıb.

Kitabın tərtib edəni və redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğludur. Xatırladaq ki, kitabın ilk iki cildi 2009-cu ildə nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR