Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini bütün cəbhə boyu atəşə tutub

Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini bütün cəbhə boyu atəşə tutub
# 16 avqust 2013 06:27 (UTC +04:00)

Bakı - APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında, Goranboy və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR