Xərçəng xəstəsi olduğunu zənn edən 65 yaşlı Gəncə sakini intihara cəhd edib

Xərçəng xəstəsi olduğunu zənn edən 65 yaşlı Gəncə sakini intihara cəhd edib
# 23 yanvar 2014 07:04 (UTC +04:00)

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1949-cu il təvəllüdlü Davud Verdiyev yuxarı ətrafın kəsilmiş yaraları ilə xəstəxanaya daxil olub.

Həkimlərin müdaxiləsi ilə onu xilas etmək mümkün olub. Həyat yoldaşı bildirib ki, D. Verdiyevin səhhətində problemlər var, o da xərçəng xəstəsi olduğunu zənn edib, qollarını bıçaqla doğrayaraq intihara cəhd göstərib.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR