Türkiyə səfiri: “Dünya Ukrayna kimi, Azərbaycanın da torpaq bütövlüyünü dəstəkləməlidir”

Türkiyə səfiri: “Dünya Ukrayna kimi, Azərbaycanın da torpaq bütövlüyünü dəstəkləməlidir”
# 16 may 2014 16:03 (UTC +04:00)

Bakı - APA. “Türkiyə həmsədr olsa da, olmasa da ATƏT-in Minsk Qrupunun üzvüdür. Şimali Kipr məsələsi kimi Dağlıq Qarabağ məsələsi Türkiyə üçün çox önəmlidir”.

APA-nın məlumatına görə, bunu “APA TV-nin “Manşet” verilişinin qonağı olan İsmail Alper Coşkun deyib.

Səfir bildirib ki, dünya Ukrayna kimi, Azərbaycanın da torpaq bütövlüyünü dəstəkləməlidir: “Azərbaycan 5, 10 il əvvəlki deyil, beynəlxalq aləmdə nüfuzu artır, böyük layihələr həyata keçirir. Azərbaycan xaricdə səfirliklərinin sayını artırıb, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Artıq Ukrayna olayından sonra dünyada ərazi bütövlüyünə daha həssas yanaşılacağına ümid edirəm. Bölgədə Türkiyə, Azərbaycan və Gürcüstanın ortaya qoyduğu potensial çox vacibdir. Beynəlxalq hüquqa sayğı ilə yanaşılmalıdır”.

İsmail Alper Coşkun Türkiyənin Krım tatarları ilə bağlı yetərli addımlar atmaması barədə iddialara da münasibət bildirib: “Türkiyə Krım tatarları ilə bağlı məsələyə böhrandan əvvəl, böhran dövründə də həssas olub. Krımda işğal, yaxud Ukraynanın şərqində baş verənlərinin nəticələrini Türkiyə tanımır. Rusiya Türkiyənin önəm verdiyi, dost saydığı ölkədir. Bu məsələdə ciddi fikir ayrılığımız ortadır. Ancaq Rusiya ilə doğru saydığımızı müzakirə etməyə davam edəcəyik. Bu məsələdə Azərbaycanla da birgə addımlarımız davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR