Azərbaycan Beynəlxalq Bankı fotomüsabiqəyə start verib

Azərbaycan Beynəlxalq Bankı fotomüsabiqəyə start verib
# 08 may 2014 09:21 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni “Uşaq ili 20,14%” kampaniyası çərçivəsində cari ilin 6 may - 31 may tarixlərində “Uşağım nə tez böyüyüb!” fotomüsabiqəsini keçirir.

Müsabiqə Facebook sosial şəbəkəsində ABB-nin eyni adlı rəsmi internet səhifəsində (https://www.facebook.com/pages/Azərbaycan-Beynəlxalq-Bankı/226184444125006?ref=stream&fref=nf) keçirilir.

Fotomüsabiqədə iştirak etmək üçün bankın facebook səhifəsində 10 yaşınadək uşağın/uşaqların 1 ədəd fotoşəklini yerləşdirmək lazımdır. Fotoşəkildə uşağın/uşaqların böyüməsi hər hansı orijinal bir formada təsvir olunmalıdır.

Qalibləri “Sony Playstation 4” oyun konsolu (1-ci yer), “Canon PowerShot” foto kamerası (2-ci yer), “Samsung Galaxy Tab 3” (3-cü yer) planşetini qazanacaq.

“Uşaq ili 20.14%” kampaniyasının şərtləri ilə bankın internet səhifəsində tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR