Bakıda mənzildən 67 yaşlı kişinin meyiti tapılıb

Bakıda mənzildən 67 yaşlı kişinin meyiti tapılıb
# 01 iyul 2014 20:18 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda 1947-ci il təvəllüdlü Arif Ağaəli oğlu Dadaşov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından daxil olublar. Mənzilə baxış keçirilərkən Arif Ağaəli oğlu Dadaşov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Dadaşovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR