Bakıda 11 gün əvvəl yanıq xəsarətləri alan qadın xəstəxanada ölüb

Bakıda 11 gün əvvəl yanıq xəsarətləri alan qadın xəstəxanada ölüb
# 09 aprel 2014 10:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 11 gün əvvəl yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 29-da Sabunçu rayon sakini Nargilə Quliyeva evində odun sobası ilə ehtiyatsız davrandığından yanıq xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilən N. Quliyeva aprelin 8-də orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR