Kiyevdə mitinqin dağıdılmasını sərt tənqid edən Ukraynanın İstanbuldakı baş konsulu geri çağırılıb

Kiyevdə mitinqin dağıdılmasını sərt tənqid edən Ukraynanın İstanbuldakı baş konsulu geri çağırılıb
# 02 dekabr 2013 10:38 (UTC +04:00)

Bakı - APA. Ukrayna XİN noyabrın 30-na keçən gecə Kiyevin Müstəqillik Meydanında dinc aksiyanın dağıdılmasına etiraz edən Ukraynanın İstanbuldakı baş konsulunu geri çağırıb. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, bu barədə baş konsul Boqdan Yeryomenko öz “Facebook” səhifəsində bildirib. O, xarici işlər naziri Leonid Kojara tərəfindən dekabrın 7-nə qədər Kiyevə çağırıldığını söyləyib.

Qeyd edək ki, B. Yeryomenko Kiyevdə mitinqin dağıdılmasını işğalçıların və faşistlərin əməlləri ilə müqayisə edib. Nazir L. Kojara deyib ki, diplomat bununla dövlət qulluqçusunun andını pozub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR