Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib

Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib
# 30 iyun 2014 09:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Babək rayonunun Xəlilli kəndində Naxçıvan şəhər sakini, Yaşar Əliyev idarə etdiyi avtomobillə yolu keçən həmyerlisi, 56 yaşlı Durna Quliyevanı vurub.

Xəstəxanaya yerləşdirilən D. Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR