Rəbiyyət Aslanova gənclərin Qarabağı unutmaması üçün mini Şuşa, Qarabağ yaratmağı təklif edib

Rəbiyyət Aslanova gənclərin Qarabağı unutmaması üçün mini Şuşa, Qarabağ yaratmağı təklif edib
# 14 may 2013 10:17 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova gənclərin Qarabağ problemini unutmaması üçün mini Şuşa, Qarabağ yaratmağı təklif edib.

APA-nın xəbərinə görə, Milli Məclisin bugünkü iclasında çıxış edən R.Aslanova deyib ki, 1933-cü ildə Almaniyada hakimiyyətə gələnlər şən musiqilərin səslənməsinə qadağa qoyub, marşlara üstünlük verirdi: “Faşistlərin törətdiyi faciələr təqdir oluna bilməz. Ancaq gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün biz də müəyyən addımlar atmalıyıq. Bu gün Azərbaycanda vəziyyət necədir? Gənclər hansı musiqilərə qulaq asır, mətbuatımızda nələr yazılır? Yaxşı olar ki, gənclər təşkilatlarının fəaliyyətini bu istiqamətə yönəldək. Bir mini Şuşa, Qarabağ yaradaq. Gənclər işğal olunmuş rayonları təsəvvür etsinlər. Şuşa, Xankəndi bir əfsanədir. Uşaqlar onları görmürlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR