«Bank Respublika»nın yeni «İnternet şöbəsi» istifadəyə verilib

«Bank Respublika»nın yeni «İnternet şöbəsi» istifadəyə verilib
# 26 dekabr 2013 13:34 (UTC +04:00)

Bakı - APA-Economics. «Bank Respublika» ASC müştərilər üçün geniş çeşiddə bank məhsullarından faydalanmaq məqsədi ilə «İnternet şöbəsi» xidmətini istifadəyə verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni xidmət istifadəçilərin rahatlığı üçün www.bankim.az veb ünvanında yerləşdirilib.

Bankın müştərisi bu xidmət üçün müraciət etdikdən sonra istifadə etdiyi məhsul və xidmətlərlə yanaşı digər bank məhsullarından da yararlanmaq üçün banka gəlmədən müraciət edə bilər. Bu servis tamamilə pulsuzdur və 7/24 iş rejimində xidmət göstərir.

«İnternet şöbəsi» mövcud kreditlər, ödəniş cədvəlləri, qalıq borc və aparılmış ödənişlərin statistikası haqqında ətraflı məlumat əldə etməyə və kredit borcunu «İnternet şöbəsi»ni tərk etmədən ödəməyə imkan verir. Krediti qısa müddət ərzində rəsmiləşdirmək istəyənlər isə kredit növü və kreditin məbləğini müraciət ərizəsində qeyd edə bilərlər.

Bu xidmətin əsas üstün cəhəti - yerli maliyyə sektorunda plastik kartlarla unikal iş modulundadır ki, müştərinin sahib olduğu bütün plastik kartları və apardığı kart əməliyyatları barəsində statistikanı təfərrüatı ilə təqdim edir. Statistik məlumatlarda konkret kartla xərclədiyiniz məbləğ və məkanlar göstərilir, bu da öz növbəsində müştərilərin şəxsi büdcələrinə düzgün nəzarət etmələrinə kömək edir. Qeyd edək ki, burada həmçinin yeni kartı onlayn sifariş etmək, kartın balansını artırmaq və müxtəlif xidmətlər üzrə ödənişlər etmək mümkündür.

Əlavə olaraq, bankın «İnternet şöbəsi»nin istifadəçiləri valyuta məzənnələri barəsində məlumat almaq və onlayn konvertordan istifadə etmək imkanı qazanırlar.

«İnternet şöbəsi» hətta bankda hələ ki aktiv məhsulu olmayan ziyarətçilər üçün faydalı xidmətlərini qeydiyyatsız təklif edir. Bu rejimdə həmin istifadəçilər üçün kreditin onlayn sifarişi və ödənilməsi, plastik kart sifarişi, valyuta məzənnələri və konvertor xidmətləri aktivdir. Bununla yanaşı, qeydiyyatsız istifadəçilərin modulların demo-versiyaları ilə tanış olmaq imkanları var.

«İndi Siz istifadə etdiyiniz bank xidmətlərindən «Internet Şöbə» vasitəsilə onlayn qaydada faydalana bilərsiniz. Daha ətfaflı - www.bankim.az saytından öyrənə bilərsiniz», - deyə Bankın məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR