“1905.az” səyyar qalereyası Silahlı Qüvvələr Günü münasibətilə ekspozisiya nümayiş etdirib

“1905.az” səyyar qalereyası Silahlı Qüvvələr Günü münasibətilə ekspozisiya nümayiş etdirib
# 25 iyun 2014 09:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) və “1905.az” səyyar qalereyasının təşkilatçılığı ilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə “Yaşasın Azərbaycan əsgəri” mövzusunda foto-sərginin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, açılışdan öncə mərasim iştirakçıları Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar.

Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimi giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açıb. Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əliyeva Azərbaycan ordusunun formalaşmasında Heydər Əliyevin rolundan danışıb. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin direktoru Fuad Babayev rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi, 10 il ərzində Heydər Əliyevi müşahidə etmiş şəxsi fotoqrafı, Azərbaycan Prezidenti mətbuat xidmətinin böyük məsləhətçisi Rafiq Bağırov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu isə fotonun hərbi-vətənpərvərlik işinin təbliğindəki rolundan danışıb.

Rəsmi açılışdan sonra iştirakçılar foto-sərginin ekspozisiyaları ilə tanış olublar. Ekspozisiya həftə sonunadək Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində nümayiş olunacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR