Mərhum yazıçı Rafiq Tağının ailə üzvləri Azərbaycan prezidentinə müraciət edib

Mərhum yazıçı Rafiq Tağının ailə üzvləri Azərbaycan prezidentinə müraciət edib
# 23 iyun 2013 10:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Mərhum jurnalist, yazıçı-publisist Rafiq Tağının ailə üzvləri Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Rafiq Tağının 19 noyabr 2011-ci il tarixdə xüsusi təşkilatçılıqla bıçaqlanması və 23 noyabr 2011-ci il tarixdə öldürülməsindən 2 ilə yaxın keçməsinə baxmayaraq, bu qətl cinayətini araşdırmağa borclu olan istintaq orqanı faktiki olaraq heç bir səmərəli addım atmayib, nəticədə xüsusilə ağır cinayətin üstü açılmayıb.

“Baş Prokurorluq bu cinayətin üstünün açılmasında maraqlı deyil. Dəfələrlə şikayət və vəsatətlər versək də, heç bir səmərəsi olmayıb, hətta məhkəmələr də şikayətlərimizi icraata qəbul eyməkdən imtina edib" , - deyə müraciətdə bildirilir.

Müraciət müəllifləri yazıçının ölümünün araşdırılmasına göstəriş verilməsini və diqqətdə saxlanılmasını xahiş ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR