31 Mart soyqırımı ilə bağlı yeni sayt fəaliyyətə başlayıb - FOTO

31 Mart soyqırımı ilə bağlı yeni sayt fəaliyyətə başlayıb - <span style="color: red;">FOTO
# 03 aprel 2014 10:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. 1918-ci il 31 mart soyqırımı ilə bağlı yeni saytın (www.1918pogroms.com) təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, saytın təsisçisi olan “Hacızadə” şirkətinin baş direktoru Əli Hacızadə bildirib ki, sayt 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının azərbaycanlılara qarşı zorakılığın və talanların araşdırılması məqsədilə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında hazırlanıb: “Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Saytda həmçinin tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin elmi əsərlərindən də istifadə olunub. Sayt xalqımıza qarşı törədilmiş soyqırımın dünyaya çatdırılması istiqamətində çox böyük əhəmiyyətə malikdir. Burada mart hadisələrinə aid tarixi faktlar, fotolar, şahid ifadələri əksini tapıb”.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi çıxışında deyib ki, sayt komissiyanın soyqırımla bağlı bütün sənədləri dünya ictimaiyyətinə təqdim etməklə, tarixi missiyanı başa çatdırır: “Yəni 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının görə bilmədiyi işi, bu gün Azərbaycan dövləti orqanları və gənclər həyata keçirir. Hesab edirəm ki, bu saytın yaradılması Azərbaycanın uğurudur”.

Millət vəkili Musa Qasımlı və tədbirin digər iştirakçıları saytın tarixi həqiqətlərin üzə çıxarılmasında böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR