Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilərin minalardan istifadə etməsi faktı beynəlxalq konfransda pislənib

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilərin minalardan istifadə etməsi faktı beynəlxalq konfransda pislənib
# 05 dekabr 2013 10:11 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanı «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İctimai Birliyinin direktoru Hafiz Səfixanov təmsil edir.

Hafiz Səfixanov APA-ya açıqlamasında bildirib ki, dekabrın 2-də başlamış və dekabrın 9-dək davam edəcək tədbir çərçivəsində dünya ölkələrində piyadalar əleyhinə minalarla bağlı problem, Konvensiyaya qoşulmuş ölkələrdə piyadalar əleyhinə minaların ləğvi sahəsində görülən işlər və s. müzakirə olunur.

H. Səfixanov deyib ki, onların səyi nəticəsində Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejimin 2013-cü ildə minalardan istifadə etməsi faktı beynəlxalq kampaniyanın hesabatına salınıb: «Bu fakt BMT Baş Katibinin müraciətində də səslənərək qəti surətdə pisləndi».

H. Səfixanov bu gün plenar iclasda çıxış edərək Azərbaycanda minaların ləğvi sahəsində həyata keçirilən işlər barədə danışacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR