Azərbaycan ərazisində bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacaq - VİDEO

Azərbaycan ərazisində bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacaq - <span style="color: red;">VİDEO
# 04 yanvar 2014 09:32 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Yanvarın 5-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.

Yanvarın 5-də Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR