İran xarici işlər nazirinin müavini: “İranın Xəzər dənizindəki payı Rusiyadan daha az deyil”

İran xarici işlər nazirinin müavini: “İranın Xəzər dənizindəki payı Rusiyadan daha az deyil”
# 07 may 2013 07:48 (UTC +04:00)

APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə bildirib.

Onun sözlərinə görə, İran və keçmiş Sovetlər Birliyi arasında 1920 və 1940-cı illərdə imzalanmış müqavilələr etibarlıdır və bunun yenisi ilə əvəzlənmədiyi müddətcə həmin razılaşmalar qüvvədədir.

M.Axundzadə deyib ki, Xəzər dənizində xarici ölkələrin mövcudluğu bölgə üçün etimadsızlıqdır: “Xəzər dənizi sahilində yerləşən ölkələr əcnəbilərin bu dənizdə hərbi fəaliyyət göstərməsinə icazə verməməlidir”. Xəzər dənizinin neft və təbii qaz mənbələri ilə bağlı olaraq İranın mənfəətlərinə də toxunan nazir müavini ölkəsinin bununla bağlı apardığı fəaliyyətlərindən müvəffəqiyyətli nəticə aldığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR