TQDK 8 rayon üzrə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair zona müşavirəsi keçirib

TQDK 8 rayon üzrə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair zona müşavirəsi keçirib
# 21 fevral 2014 16:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2013/14-cü tədris ili üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ağcabədi Regional Bölməsinin əhatə etdiyi rayonlar üzrə buraxılış imtahanları və tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair zona müşavirəsi keçirilib. TQDK-nın Ağcabədi Regional Bölməsindən APA-ya verilən xəbərə görə, zona müşavirəsində Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonunun Təhsil şöbələrinin rəhbərləri və ümumtəhsil müəssisələrinin rəhbərləri, Ağcabədi şəhər İcra Hakimiyyəti aparatının məsul işçiləri iştirak ediblər. Müşavirədə TQDK-nın Ağcabədi Regional Bölməsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Samir Əliyev 2013/14-cü ildə buraxılış imtahanları və tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə dair təqdimatı dinlənilib.

Bildirilib ki, son 2 ildə rayonlar üzrə tam orta məktəb məzunlarının sayı ilə həmin illərdə ali təhsil müəssisələrinə sənəd vermiş məzunlarının sayını müqayisə etdikdə, sənəd verən məzunlarının nisbi faizində (Ağcabədi və Bərdə rayonu istisna olmaqla) artma müşahidə etmək olar. İmtahan fənləri üzrə yüksək nəticə göstərmiş təhsil şöbələri arasında birinci onluqda bölgənin Biologiya fənni üzrə Ağcabədi və Bərdə rayon təhsil şöbəsi, Kimya fənni üzrə Ağcabədi rayon Təhsil şöbəsi, Ədəbiyyat fənni üzrə Laçın rayon Təhsil Şöbəsi, Tarix Fənni üzrə isə Tərtər rayon Təhsil Şöbəsi, ümumtəhsil müəssisələri arasında isə birinci onluqda bütün fənlər üzrə yalnız Bərdə rayonu akademik Z. Əliyeva adına texniki-təmayüllü lisey yer tuta bilib. Bölgə rayonları üzrə XI sinif məzunlarının buraxılış imtahanında hər iki fənn üzrə topladığı ballar respublika üzrə göstəricidən (Laçın rayonu istisna olmaqla 32.18%) aşağı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR