GUAM PA-nın “Sektor əməkdaşlığının perspektivləri, qlobal çağırışlar və birgə addımlar” mövzusu üzrə ikinci iclası keçirilib - FOTO

GUAM PA-nın “Sektor əməkdaşlığının perspektivləri, qlobal çağırışlar və birgə addımlar” mövzusu üzrə ikinci iclası keçirilib - <span style="color: red;">FOTO
# 02 dekabr 2013 14:42 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. GUAM PA-nın Gürcüstan paytaxtında keçirilən ikinci yığıncağında “Sektor əməkdaşlığının perspektivləri; qlobal çağırışlar və birgə addımlar” mövzusu üzrə məruzələr dinlənilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə moderatorluğu Valeri Çeçelaşvili edib.

Yığıncaqda GUAM-ın iqtisadi koordinatoru Səbuhi Tamirov, Azərbaycan Milli Məclisinin və GUAM PA-nın üzvü Əli Məsimli, Moldova parlamenti sədrinin müavini, GUAM PA nümayəndə heyətinin üzvü Oleq Bodruq, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Jandos Asanov, Gürcüstanın energetika və təbii sərvətlər departamentinin rəisi David Şarikadze çıxış ediblər.

Əli Məsimli APA-ya açıqlamasında bildirib ki, GUAM-ın indiki dövrdə perspektivlərini genişləndirməkdən ötrü onu yeni əsasda formalaşdırmaq və genişləndirmək lazımdır: “GUAM üzvləri arasında əlaqələr dərinləşməli, inteqrasiyanın yeni mərhələsinə çıxılmalı, eyni zamanda GUAM geosiyasi durumun tez-tez dəyişdiyi bir dövrdə duruş gətirmək üçün rəqabət qabiliyyətli və cəlbedici olmalıdır. İkincisi, GUAM ilə beynəlxalq təşkilatlar arasında qarşılıqlı təsirin nəticəliliyi artmalıdır. Üçüncüsü, bilavasitə GUAM ərazisində olan konfliktlərin həllinin sürətləndirilməsi istiqamətində işlər genişləndirilməli və dərinləşdirilməlidir”.

Sabah GUAM PA öz işinə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR