Dubayda keçirilən beynəlxalq aviasiya sərgi-şousu vaxtından əvvəl bağlanıb

Dubayda keçirilən beynəlxalq aviasiya sərgi-şousu vaxtından əvvəl bağlanıb
# 21 noyabr 2013 13:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Dubai Airshow-2013” beynəlxalq aviasiya sərgi və şousu bir gün əvvəl bağlanıb.

APA-nın məlumatına görə, sərgi və aviaşounun bağlanmasına səbəb region üçün xarakterik olmayan güclü leysan yağış olub.

Sərginin təşkilat komitəsinin yaydığı məlumata görə, leysanla əlaqədar iştirakçıların və ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə sərgi bağlanıb.

Sərginin davam etdiyi 4 gün ərzində 200 milyard ABŞ dollarından artıq məbləğdə çox sayda müqavilələr imzalanılıb və bu, aviasiya sərgiləri tarixində rekord göstərici olub.

Qeyd edək ki, Dubay Aviasiya sərgisində Azərbaycanın «Azairtechservice» şirkəti və Müdafiə Nazirliyinin Gəncə Aviasiya Təmiri zavodu iştirak ediblər. Azərbaycanın müxtəlif hərbi qurumlarının nümayəndə heyətləri sərgini ziyarət edib. Dubay Aviasiya Sərgisi və şousunda 1000-dən artıq firma təmsil olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR