Penitensiar xidmət Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş vermiş yanğın barədə məlumat yayıb - YENİLƏNİB - VİDEO

Penitensiar xidmət Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş vermiş yanğın barədə məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 11 dekabr 2013 06:40 (UTC +04:00)

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, dekabrın 11-i saat 03.40 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilib, Penitensiar xidmətin şəxsi heyətinə həyəcan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub. Yanğın baş verən korpusda olan məhkumların təhlükəsiz yerlərə köçürülməsi təcili olaraq təmin olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri operativ olaraq hadisə yerinə gəlib, əməliyyatın həyata keçirilməsinə çətinlik yaradan amillərə baxmayaraq yanğın nəzarət altına alınıb, 06:13 radələrində yanğının söndürülməsinə nail olunub.

Hadisə vaxtı xəsarət alan olmayıb.

Hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

***

saat 06:01

Bakı. Mahir Məmmədli - APA. Bakının Nizami rayonu әrazisindә yerlәşәn Ədliyyə Nazirliyi Penitensiar Xidmәtinin Müalicә Müәssisәsində yanğın baş verib.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə yerinə xeyli sayda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası vә xilasetmә qüvvәlәri cәlb edilib. Bu dәqiqәlәrdә yanğın davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR