Baş Prokurorluq Misir Mərdanov və Aqiyə Naxçıvanlının istintaqa çağırılması və ifadələrinin alınması barədə yayılan məlumatlara münasibət bildirib

Baş Prokurorluq Misir Mərdanov və Aqiyə Naxçıvanlının istintaqa çağırılması və ifadələrinin alınması barədə yayılan məlumatlara münasibət bildirib
# 09 fevral 2014 12:40 (UTC +04:00)
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi ali təhsil müəssisələri tərəfindən verilmiş saxta diplomlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Sabiq təhsil naziri Misir Mərdanov və millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması və ifadələrinin alınması ilə əlaqədar bəzi KİV-də yayılan məlumatlar isə həqiqəti əks etdirmir.

Qeyd edək ki, bu gün bəzi KİV-də keçmiş təhsil naziri Misir Mərdanov və Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində saxta diplomların verilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqa cəlb edilmələri barədə məlumatlar yayılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR