Bank Of Baku

AAYDA: Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

AAYDA: Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır
# 07 oktyabr 2026 19:35 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, intensiv yağıntılar və sel sularının təsiri nəticəsində sürüşmənin baş verdiyi Altıağac–Xızı avtomobil yolunun 17-ci km-də bərpa və möhkəmləndirmə işləri həyata keçirilir.

Bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Qeyd olunub ki, hazırda sürüşmənin yaratdığı fəsadların aradan qaldırılması məqsədilə ərazidə genişmiqyaslı və operativ tədbirlər görülür. İşlərin sürətlə və təhlükəsiz şəkildə aparılması üçün əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub:

"Aparılan işlər çərçivəsində sürüşmə nəticəsində deformasiyaya uğramış yol hissələri bərpa edilir, yolun hərəkət hissəsinə və ətraf ərazilərə yığılmış torpaq kütlələri təmizlənir, yol yatağının dayanıqlığının təmin olunması məqsədilə zəruri möhkəmləndirmə tədbirləri həyata keçirilir.

Bununla yanaşı, yağıntılı hava şəraitinin yarada biləcəyi əlavə risklərin minimuma endirilməsi və yolun təhlükəsiz istismarının təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər də görülür.

Görülən işlərin əsas məqsədi Altıağac–Xızı avtomobil yolunun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi, nəqliyyat vasitələrinin hərəkətinin tam bərpası və bölgədə fasiləsiz nəqliyyat əlaqəsinin təmin edilməsidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR