Bank Of Baku

ADY dəmiryol keçidlərində təhlükəsizliklə bağlı sürücü və piyadalara müraciət edib

ADY dəmiryol keçidlərində təhlükəsizliklə bağlı sürücü və piyadalara müraciət edib
# 21 avqust 2026 15:55 (UTC +04:00)

Dəmiryol keçidlərində təhlükəsiz hərəkətin təmin olunması əsas məqsədlərdən biridir.

Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli hadisə qeydə alınıb.

Bildirilib ki, tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücülər və piyadalar arasında xəsarət alanlar və həyatını itirənlər olub.

“Bu kimi hadisələrin qarşısının alınması məqsədilə tərəfindən dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin quraşdırılmasına başlanılıb.

Bir daha sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol keçidlərində diqqətli və məsuliyyətli olmağa çağırırıq”, - məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR