Bank Of Baku

“SOCAR Georgia Gas” bu il Gürcüstana yatıracağı investisiyanın həcmini açıqlayıb

“SOCAR Georgia Gas” bu il Gürcüstana yatıracağı investisiyanın həcmini açıqlayıb
# 08 may 2018 10:42 (UTC +04:00)

“SOCAR Georgia Gas” bu il Gürcüstanda qazpaylayıcı şəbəkələrin təmir olunmasına 7 milyon lari məbləğində investisiya yatıracaq”.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov Tbilisidə keçirilən 5-ci Beynəlxalq Caspian Energy Forumunun sual-cavab bölməsində bildirib.

 

O qeyd edib ki, “SOCAR Georgia Gas” şirkəti Gürcüstanda investisiya öhdəliklərini artıqlaması ilə yerinə yetirib: “Bu o demək deyil ki, biz investisiyaları dayandıracağıq. İndi biz daha çox kommersiya baxımından cəlbedici olan layihələri həyata keçirməkdə maraqlıyıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR